Qənaət etməklə necə gəlir əldə edə bilərik?

Xərclər sürətlə artır və qənaət etmək bizə çox çətin görünür. Ancaq kiçik dəyişikliklər etməklə böyük fayda əldə edə bilərsiniz. Parlaq maliyyə gələcəyə doğru mənalı tərəqqiyə nail olmaq üçün bu əsas addımları izləyin.

Qənaet et 08.11.2017

1.1% prinsipinə əməl edin.

Gələn ay ərzində gəlirinizin yalnız bir faizini kənara qoyun. Bunu edərkən böyük bir zehni keçid yaşayacaqsınız: Əvvəlcə, uzun müddət qənaət etməyən bir insan idiniz, amma indi Siz qənaət etmək istəyisiniz. Əhəmiyyətli bir fərqdir, çünki alışqanlıq halına gəlmiş olsanız, əmanətinizi daha da asan rahat artıra biləcəksiniz. Ən vacibi ilk addımı atmaqdır. Qeyd: Burada 1% nisbi olaraq yazılmışdır. Bu rəqəm əvəzinə aylıq gəlirinizdən Sizin aylıq həyat tərzinizə təsir etməyəcək rəqəm də ola bilər (Məsələn, 5%).

2. Büdcəniz haqqında analitik məlumat əldə edin.

Düşünə bilərsiniz ki, bu ayın sonunda ehtiyaclarımı ödəmək üçün kifayət qədər vəsaitim qalmır. Bu zaman ötən ay ərzində xərclədiyiniz pula bir nəzər salın. Həmin xərcləri 2 kateqoriyaya bölün: Ehtiyac və İstək. Sonra "istəklərinizə" keçin. Evdə oturduğunuz zaman manikür etməyə ehiyac varmı? Və ya restorandan pizza sifariş etmək vacibdirmi? Əlavə xərcləri azaldaraq büdcənizdə daimi qənaət üçün boş yer yaradın.

Qənaət etməklə aylıq gəlirlərinizi artırmaq ən asan qazanc üsuludur

3. “Gələcək özünüz”ü önə çəkin.

Hər ay Siz müntəzəm olaraq ödənişlər edirsiniz: mobil telefonunuz, tələbə krediti, kirayə. O siyahıya başqa birisini əlavə edin: “Gələcək özünü”. Aylıq müəyyən məbləğ məcburi olaraq özümüz üçün ayırın. Bu vəsait gələcəkdə Sizi fors-major hallardan xilas edəcək.

4. Həyatınızda pul axınını avtomatlaşdırın.

Hər ay nə qədər qənaət etmək istədiyinizi qarşınıza məqsəd qoyduqdan sonra, bu məqsədə çatmaq üçün kifayət qədər gəlir əldə edəcəyinizə əmin olun. Mövcud hesabınız və qənaət hesabınızın arasında avtomatik transferlər qura bilərsiniz. Bu prosesi avtomatlaşdırmaqla əlavə pullarınızı başqa şeylərə yönəldə bilərsiniz.

5. Yavaş və davamlı irəliləyin.

Bir evdə fors-major hallar üçün fondun yaradılması və ya əvvəlcədən planlaşdırılmış bir tətil üçün ödəmə etmək mümkünsüz maneə kimi görünə bilər. Ancaq yadda saxlayın ki, Siz onları tədricən və kiçik addımlarla etsəniz, istədiyiniz qənaət məqsədinizə nail ola bilərsiniz. Nəzərə alın ki, qənaət etmənin əsas vərdişlərini formalaşdıraraq və əldə edilə bilən məqsədlərə riayət edərək, ömür boyu maliyyə tərəqqisi üçün zəmin hazırlayacaqsınız.