Kredit kartlarından istifadə

Kredit kartlarından istifadə düşündüyünüzdən daha asan və sərfəli ola bilər. Planlaşdırma və əzmkarlıq əsas amildir. Bu Sizin borc götürmə səbəbinizin ümumi maliyyə vəziyyətinizə necə təsir etməli olduğunu əvvəlcədən təyin edir.

Məsuliyyətli borclanma 08.11.2017

Borcunuzu ödəyən zaman bəzi başqa xərclərin çıxması da qaçınılmazdır, ancaq kredit kartı borcunu ödəmək üçün atdığınız hər bir addım doğru addımdır. Belə ki,

Bankın filialı – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.

Orta əsrlərdə əhali,əsasən,qızıl və gümüş pullardan istifadə edirdilər.Bu isə təhlükəli idi,bu pulları hər zaman oğurlaya bilərdilər.Alış-verişi təhlükəsiz və rahat etmək üçün insanlar öz metal pullarını yerli zərgərə verir və bunun əvəzində ondan qəbz alırdılar.Tacirlər bu qəbzləri ödəniş vasitəsi kimi qəbul edirdilər,çünki onlar həmin qəbzləri istənilən vaxt zərgərin mağazasında qızıl pulla dəyişə bilirdilər.Zaman keçdikçə bu cür qəbzlər tacirlər və səyyahlar arasında geniş yayıldı,çünki onlar böyük miqdarda metal pul daşımaqdan azad olurdular. Bəzən zərgərlərdə çoxlu pul yığılıb qalırdı.Onlar saxlanılan qızılın bir hissəsini başqa adamlara faizlə borc verirdilər.Bu isə müasir bank işinin başlanğıcı idi."Pul pul gətirər" məsəli də elə o vaxtdan yaranıb.

İngiltərədə 1694-cü ildə "İngiltərə Bankı" qurulana qədər, zərgərlər bankir olaraq xidmət edirdilər. Bank of England

Müasir bankçılıq böyük bir ehtimalla 1587-ci ildə Venesiyada başlamış sayıla bilər. Bu tarixdə Venesiyada Banco de Rialto qurulmuşdu. Bu bankda pul qəbul edilir və hesabı olanların, lazım olduğu zaman pullarının qarşılığında çek yazmaları sistemi tətbiq olunurdu. İngiltərədə 1694-cü ildə "İngiltərə Bankı" (Bank of England) qurulana qədər, zərgərlər bankir olaraq xidmət edirdilər.

Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir. ABŞ-da ilk bank 1782-ci ildə Konqresin xüsusi qanunu ilə Filadelfiyada qurulan "Şimali Amerika Bankı"dır (Bank of North America).

Əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır.

Bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkət.

Kredit (lat. creditum) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Bu anlayışa Bank fəaliyyəti ilə əlaqədar birbaşa və ya dolayı yol ilə Bank tərəfindən nağd pul şəklində verilən ssudalar, yaxud Bank tərəfindən üzərinə götürülən öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən və gözlənilməyən öhdəliklər aiddir.

Bank krediti – bank tərəfindən borcalanla bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.