Visa və MasterCard kartları arasındakı fərq nədir?

Məqsədiniz hər hansı ödəniş etmək və ATM vasitəsilə nağdlaşdırma etməkdirsə, Visa və MasterCard arasında fərq yoxdur. Amma bu iki beynəlxalq ödəniş sistemlərinin müştərilərinə özəl kampaniyaları mövcuddur.

Bankda necədir 27.04.2017

MasterCard və Visa kartı ilə ödənişlər etməyə imkan yaradan bir-birindən fərqli ödəniş sistemləridir. Azərbaycanda daha çox yayıldğına görə Visa və MasterCard-ın adını eşidir, onların loqolarını görürük.
Bu sistemlərdən başqa dünyanın bir çox ölkələrində Diners Club, Discover və Amerikan Express kimi başqaları da var. Bu təşkilatların hər birinin özünəməxsus xüsusiyyətləri və fərqləri vardır. Visa və MasterCard bütün dünyada mövcud bazarın təxminən 70%-ni əlində saxlayır. Həm Visa-nın, həm də MasterCard-ın keçmədiyi ATM və ya POS terminallar demək olar ki, mövcud deyil. Bu iki maliyyə təşkilatının dünya üzrə iki milyondan çox ATM-də və 200 milyondan çox müəssisədə istifadəsi mümkündür.

Məqsədiniz hər hansı ödəniş etmək və ATM vasitəsilə nağdlaşdırma etməkdirsə, Visa və MasterCard arasında fərq yoxdur.

Visa və MasterCard fərqləri nə vaxt özünü biruzə verir?

Həm Visa, həm də MasterCard müştərilərinə özəl bəzi endirimlər və  lotereyalar kimi kampaniyalar təşkil edir. Məsələn, Visa-nın hazırda bir alış-veriş mərkəzindəki mağazalara endirim kampaniyası mövcuddur. Eyni zamanda MasterCard-ın bir turizm şirkətində endirim kampaniyası vardır. Hər iki təşkilat bu kampaniyaları banklardan asılı olmadan təşkil edir. Visa-nın kampaniyalarından yararlanmaq üçün Visa kartlarına, MasterCard-ın kampaniyalarından yararlanmaq üçün MasterCard kartların ehtiyacınız var.

Visa, Visa Platinum və Visa Infinite adını verdiyi Premium kartı ilə səyahət təklifləri, VİP restoranlarda Sizə özəl endirimlər və müxtəlif özəl xidmətlər təklif edir. MasterCard da bu xidmətləri Platinum MasterCard və World Elite MasterCard sahiblərinə təklif edir.